19 May 11:51

Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Türkiyə-Almaniya arasındakı gərginlik, İncirlik hərbi bazası ilə bağlı narazılıq, türk və alman hökumətləri arasında aparılan danışıqların pərdəarxası məqamları haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırma Mərkəzində ilk dəfə olaraq Türkiyə ilə gərgin münasibətlər haqqında açıq danışan nazir Ziqmar Qabriel deyib ki, iki ölkənin hökumətləri arasında FETÖ və İncirliklə bağlı danışıqlar gedib:

“Ərdoğan hökuməti açıq şəkildə bildirdi ki, Almaniyadan sığınacaq istəyənləri onlara versək, bu zaman alman deputatlar İncirlik bazasında olan alman əsgərlərini ziyarət edə bilər. Bu, faktiki olaraq, bizim qanunlarımıza, Konstitusiyamıza ziddir. Qanunlarımız bunu qadağan edir”.

Nazir bəyan edib ki, Türkiyə tərəfindən 450 nəfər sığınacaq üçün Almaniya hökumətinə müraciət edib:

“Artıq 80 nəfərə oturum verilib. İndi türk hökuməti bizdən bu şəxsləri Ankaraya verməyimizi istəyir. Bu bir NATO müttəfiqinin digər NATO müttəfiqini şantaj etməsidir. Bu, qətiyyən mümkün deyil”.


Müəllif: Cavad