Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qrupun əsas narazılığı keçmiş yaşayış məskənlərinə buraxılmamaları ilə bağlı olub.
“Bu, təəssüf doğurur. Biz düşünürdük ki, yüksək səviyyədə keçirilən görüş və aparılan danışıqlar prosedur qaydalarını aradan qaldıracaq. Ancaq vəziyyət daha da pisləşib”, - deyə qrupun rəhbəri, 78 yaşlı Seysiro Sumidzu bildirib.
Bununla yanaşı, agentlik qeyd edir ki, keçmiş yapon sakinlərin ziyarət etmək istədikləri ərazi Rusiya hərbi obyektlərinin yaxınlığında yerləşir. Bu ərazi əvvəlki səfərlər üçün də bağlı olub.
Qeyd edək ki, yaponlar Cənubi Kurili “şimal torpaqları” adlandırırlar. Rusiya və Yaponiya hökumətləri arasında əldə edilmiş razılaşmaya görə, yaponların Cənubi Kuril adalarını, rusların isə Hokkaydo və Tokionu vizasız ziyarət etməsi nəzərdə tutulub.