19 May 2017 16:31
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlət qeydiyyatının ləğvinə Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası qürur verir. Bu, milli hissiyatımızı qorumaq əzmimizdən, milli birliyimizin gücündən xəbər verir.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə səsləndirib.

Onun fikrincə, bu reaksiya 1920-ci ildə İrəvan, Göyçə və Zəngəzur, 1929-cu ildə Meğrı Ermənistana veriləndə, 1923-cü ildə süni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda, 1948-1953-cü illərdə azərbaycanlılar zorla Ermənistandan deportasiya ediləndə, 1987-ci ildə ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırlılanda olsaydı, indi tarix başqa idi.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Rusiya Ali Məhkəməsinin qərarı hələlik qanuni qüvvəyə minməyib və ÜAK-ın bir ay müddətində apellyasiya şikayəti vermək hüququ var.


Müəllif: Kəmalə