19 May 2017 17:18
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan gələn həftə Brüsselə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Brüsseldə Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa Parlamentinin rəhbəri Donald Tuskla müzakirələr aparacaq.

Qeyd edək ki, gələn həftə Brüsseldə NATO-nun zirvə görüşü keçiriləcək. Prezident Ərdoğan da bu toplantıya qatılacaq. Avropa Parlamenti və Avropa İttifaqının rəhbərliyi ilə görüş də bu səfər zamanı baş tutacaq.

Türkiyənin Avropa Birliyi üzrə təmsilçisi Ömər Çelik belə bir görüşün baş verəcəyini təsdiqləyib.

Xatırladaq ki, hazırda Türkiyə-Avropa Birliyi münasibətləri çox gərgindir. Türkiyə faktiki olaraq, Avropa Birliyi ilə dialoqu dayandırıb. Bu baxımdan Ərdoğanın Brüsseldə aparacağı müzakirələr əhəmiyyətli hesab oluna bilər.

Cavad


Müəllif: Teleqraf.com