19 May 2017 17:56
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən indiki mərhələdə Türkiyənin zəif görünməsi fikri ilə razı deyiləm. Kommunistlər və nasistlər deyirdi ki, iqtisadiyyat siyasətin əsasıdır. Yaddan çıxarmayaq ki, son 10 il ərzində Türkiyə iqtisadiyyatı, onun ümumi daxili məhsulu artıb.

Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyənin ABŞ və bir sıra Avropa ölkələri ilə münasibətlərinin gərginləşməsini şərh edərkən bildirib.

Tofqi Zülfüqarov hesab edir ki, bir neçə il əvvəl kiçik regional ölkə olan Türkiyə artıq dünyanın ən güclü iqtisadiyyatı olan 20 ölkəsindən biridir: “Türkiyə indi yeni siyasi mərhələ yaşayır. Özünün iqtisadiyyatına, əhalinin sayına, müdafiə imkanları hesabına regionda və dünyada özünə yer axtarır”.

Sabiq nazir hesab edib ki, Türkiyə heç də böhran mərhələsi yaşamır: “Əksinə,Türkiyə çox fəal siyasət mərhələsi yaşayır. Türkiyəyə qarşı çıxanlar bu ölkənin daxilində olan siyasi opponentlərdən istifadə edir, xaricdə terror qruplaşmalarını aktivləşdirirlər. Bu ümumi prosesin bir hissəsidir və gözləniləndir. Amma Türkiyə heç vaxt indiki mərhələdəki qədər güclü olmayıb”.

Toqf Zülfüqarov Prezident Ərdoğanın ABŞ səfərini də şərh edib: “İlk olaraq səfərin özü əhəmiyyətlidir. Demək olar ki, Prezident Tramp bu yaxınlarda aktiv xarici siyasətinə başlayıb. Türkiyə prezidentinin Vaşinqtona səfəri, problemlərin müzakirəsi onu göstərir ki, Türkiyə ABŞ və Qərb üçün vacib müttəfiqdir. Sadəcə olaraq, Qərb düşərgəsinin bəzi ölkələri Türkiyənin yeni rolunu və yerini qəbul etmək istəmirlər. Almaniyanın və digər ölkələrin mövqeyi bundan ibarətdir. Amma düşünürəm ki, gec və ya tez Türkiyə ona layiq olduğu yeri tutacaq. Artıq Türkiyə-ABŞ rəhbərliyi arasında tanışlıq baş tutub. Fikrimcə, ABŞ-ın yeni hökuməti köhnə məsələlərə yeni baxış nümayiş etdirə bilər”.


Müəllif: Cavad