20 May 12:03

Milli Məclisin deputatı Ülviyyə Ağayeva “Gender və təhlükəsizlik” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün mayın 21-də Almaniyanın Qarmış şəhərinə səfərə gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Corc Marşal mərkəzinin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edəcəklər. Seminarda gender bərabərliyi, qadınların siyasi, iqtisadi, silahlı qüvəllər və təhlükəsizlik sahələrində imkanlarının genişləndirilməsi, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirə aparılacaq.

Millət vəkili müzakirə olunacaq mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər mayın 24-də başa çatacaq.


Müəllif: Səxavət