21 May 2017 14:46
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Kölndə Avropadakı Güney Azərbaycan siyasi təşkilatlarının çox mühüm bir toplantısını keçirdik. Axşamadək davam edən müzakirələrdən razı qaldım. Milli taleyimiz baxımından önəmli hesab etdiyim bu hərəkat ötən ilin dekabrından İsveçin Yöteburq şəhərindəki ilk yığıncağımızdan başlanıb, davam edir və inanıram ki, sonucu da uğurlu olacaq”.

Bunu xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Almaniya səfəri haqqında danışarkən deyib.

O, bildirib ki, əsas niyyətləri mühacirətdəki güney hərəkatini vahid bir cəbhədə, ittifaqda birləşdirməkdir: “Türk düşmənçiliyinin həm Azərbaycanda, həm Türkiyədə, həm də bölgədə cəbhələr açdığını, böyüyən faciələrimizi görə-görə pərakəndə, dağınıq fəaliyyət nəticə verməz. Geniş milli dirəniş olmasa, qurtuluş hərəkati bütövləşməsə, üstümüzə gələn şər qüvvələrə cavab verə biləcək bir gücə çevrilməsək gələcəyimiz zülmətə bürünər. Bunu görməli, etiraf etməli və milli mübarizəmizi buna uyğunlaşdırmalıyıq”.


Müəllif: Cavad