21 May 2017 18:36
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obamanı tənqid etməsi böyük ajiotaja səbəb olan Filippin Prezidenti Rodriqo Düterte Amerikanın yeni lideri Donald Trampı dostu adlandırıb.

Teleqraf.com rus KİV-inə istinadla xəbər verir ki, Rodriqo Düterte Amerikaya qarşı olmadığını söyləyib.

“Tramp mənim dostumdur. Aramızda hər şey yaxşıdır”, - deyə, Filippinin dövlət başçısı vurğulayıb.

Rodriqo Düterte bununla belə, Qərbi və Avropa Birliyini ikiüzlü olmaqda suçlayıb:

“Biz indi Çinlə ittifaq qururuq, eyni zamanda Rusiya ilə işçi münasibətlərə ümid edirəm. Çünki Qərb dünyası, Avropa Birliyi ikiüzlüdür”.


Müəllif: Kəmalə