21 May 2017 19:06
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə vəziyyət nə zaman aradan qalxacaq deyə suallar verirlər. Fransada 15-20 terrorçu öldürüldü. Az qala 1,5 il fövqəladə vəziyyət elan olundu. Mənim ölkəmdə dövlət çevrilişinə cəhd edildi, dövləti yıxmaq istədilər. Biz 249 şəhid verdik, 2193 qazimiz var. Siz bizə hansı üzlə fövqəladə vəziyyətin nə zaman ləğv ediləcəyini soruşursunuz?

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının qurultayında çıxışı zamanı deyib.

Prezident bəyan edib ki, fövqəladə vəziyyət ləğv edilməyəcək: "Vəziyyət dincliyə, rifaha qovuşacağı ana qədər ləğv edilməyəcək. Sizin nəyiniz yoxdur: fabrikləriniz işləmir, yoxsa məktəblər bağlı qalıb? Niyə fövqəladə vəziyyət rejimi aradan qalxsın? Biz fövqəladə vəziyyət rejimini ölkəmizin dincliyi üçün uzadırıq. İndi millətimizə simvollaşdırdığımız bir sözüm var: tək millət, tək dövlət, tək vətən və tək bayraq".


Müəllif: Cavad