22 May 2017 10:26
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün Gürcüstana səfər edəcək.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, iki günlük səfər zamanı Yıldırım Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yığıncağında iştirak edəcək.

Yığıncaqda 2016-ci il iyulun 19-da Ankarada keçirilən ilk toplantıda qəbul edilən qərarların tətbiqi nəzərdən keçiriləcək, yeni əməkdaşlıq imkanları və regional mövzular haqqında fikir mübadiləsi aparılacaq.

Yığıncaq çərçivəsində ikitərəfli əməkdaşlığı gücləndirəcək sənədlər də imzalanacaq.

Səfər çərçivəsində Yıldırım Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və bu ölkədə fəaliyyət göstərən türk iş adamları ilə də görüş keçirəcək.


Müəllif: Samir