22 May 2017 10:34
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının sədri Si Szinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında apreldə Vaşinqtonda keçirilən görüşlə bağlı yeni məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın “Asahi” qəzeti məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı Szinpin Şimali Koreyaya qarşı addımlar atmaq üçün ABŞ-dan 100 gün möhlət istəyib:

"Şimali Koreya Çinin ticarət əməkdaşıdır. ABŞ isə Pxenyana qarşı ciddi tədbirlər görməkdə israrlıdır. Vaşinqton rəhbərliyi bildirib ki, sanksiyalar KXDR ilə əməkdaşlıq edən Çin şirkətlərinə də aid ediləcək".

Məlumatda qeyd edilir ki, Şimali Koreyaya qarşı addımlar Çin və ABŞ rəhbərliyi arasında "Böyük yeddilik" sammiti çərçivəsində müzakirə ediləcək.


Müəllif: Samir