22 May 2017 15:22
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya sanksiyaları genişlədən Ukrayna bu dəfə 40 rus sənətçini “persona non-qrata” elan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lolita Milyavskaya, Yuliya Samaylova, Nataşa Koroleva, Nikolay Dobrin, Lüdmila Artyomyeva kimi məşhur rusiyalı sənətçilərin Ukraynaya girişi üç il müddətinə qadağan edilib. Qara siyahıya salınan mədəniyyət işçiləri içərisində Ukrayna kökənli isimlər də yer alıb.

Qeyd edək ki, rəsmi Kiyev keçən il mindən çox, 2017-ci ilin əvvəlindən bu yana isə 600 Rusiya vətəndaşının ölkəyə girişini qadağan edib.


Müəllif: Kəmalə