23 May 2017 12:09
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte Moskvaya rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, mayın 22-dən 26-dək davam edəcək səfər iki dövlət arasındakı əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.

Mayın 25-də Filippin lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Sonda birgə bəyanat qəbul ediləcək, ikitərəfli sənədlər imzalanacaq.

Qeyd edək ki, bir müddət öncə Filippinin Müdafiə naziri Delfin Lorenzana rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı Dutertenin səfəri çərçivəsində Rusiya və Filippinin müdafiə sahəsində əməkdaşlıq haqqında sənəd imzalamaq niyyətində olduğunu bildirmişdi. Duterte özü isə Moskvaya səfəri ərəfəsində Rusiya KİV-lərinə verdiyi müsahibəsində keçirəcəyi görüşlərin mərkəzində təhlükəsizlik və müdafiə məsələlərinin müzakirəsinin dayanacğını bildirib. Güman olunur ki, söhbət Filippinin Rusiyadan silah almasından gedir.


Müəllif: Səxavət