23 May 2017 14:41
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Tansu Çillər məhkəməyə məcburi qaydada gətiriləcək.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün Ankarada Ağır Cinayətlər Məhkəməsi 28 fevral hadisələri zamanı Tansu Çillərin zərərçəkmiş və şahid qismində məhkəməyə zorla gətirilməsi haqda qərar çıxarıb.

Növbəti məhkəmə prosesi iyunun 18-də keçiriləcək və Tansu Çillər məhkəmə iclasına zorla gətiriləcək.

Xatırladaq ki, 28 fevral hadisələri zamanı Tansu Çillər Doğru Yol Partiyasının sədri və koalisiya hökumətində baş nazirin müavini vəzifəsini tutub.


Müəllif: Cavad