23 May 2017 19:58
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfəri zamanı Azərbaycan və Latviya parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Bunu Teleqraf.com-a Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Səfər zamanı parlament sədrinin Latviya prezidenti Raymond Veyonis, Seymin spikeri İnara Murnietse, baş nazir Maris Kuçinski və iqtisadiyyat naziri Arvil Aşeradenlə görüşəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com