23 May 2017 22:12
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Musa Qasımlı bildirib. O qeyd edib ki, 54 müsəlman ölkəsindən olan idmançılar 2 həftə ərzində Bakıda bir araya gəldilər: “Hesab edirəm ki, Azərbaycan birləşdirici rol oynadığını bir daha göstərdi”.

Deputatın fikrincə, İslam Həmrəyliyi Oyunları ölkəmiz haqqında məlumatların dünyaya çatdırılmasında və onun beynəlxalq nüfuzunun artmasında bir vasitə oldu.

Səxavət


Müəllif: Teleqraf.com