24 May 2017 16:24
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti İmaməli Rəhman əl sıxmaqda amerikalı həmkarı Donald Trampdan öndədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutan sammitə qatılan Rəhman görüş zamanı Trampın enerjili əl sıxmasına oxşar reaksiya verib. O, Trampı özünə tərəf çəkib. Bu an 7 saniyə davam edib.

Donald Tramp xüsusi əl sıxma forması ilə tez-tez gündəmə gəlir. O, görüşdüyü şəxsin əlini sıxdıqdan sonra onu özünə tərəf çəkir. Tacik prezident də Trampın bu addımını təkrarlayıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir