26 May 2017 23:12
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk.

Teleqraf.com-un məlumatına görə, bu, Misirdə bu gün baş verən terror aktı ilə bağlı Azərbaycan XİN-nin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.

Xatırladaq ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə, 35, rəsmilərin açıqladığı rəqəmlərə əsasən isə 28 nəfər həlak olub.


Müəllif: Teleqraf.com