27 May 2017 15:53
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın Fillax şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, ATƏT Parlament Assambleyası ilə Avstriya Parlamentinin birgə təşkil etdiyi tədbiri ATƏT PA-nın sədri Kristine Muttonen açacaq.

Sessiyalarda “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı”, “Balkanlardakı barışın beynəlxalq perspektivləri” müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında “Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq.


Müəllif: Cavad