28 May 2017 10:05
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu günlərdə dünyasını dəyişmiş amerikalı politoloq Zbiqnev Bjezinskinin Rusiyanın əsas düşməni olduğunu hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “Danışır Moskva” radiostansiyasına bildirib.

Deputatın fikrincə, bütün dünyada Moskvaya münasibətdə onun qədər neqativ əhval-ruhiyyədə olan ikinci adam yox idi.

“Onun bütün həyatı Rusiya üçün pis olmasına yönəlmişdi. O, hər yerdə Rusiyanı cəzalandırmaq, onun məhv etmək, təkləmək üçün vasitələr axtarırdı”, - deyə RLDP lideri bildirib.

V.Jirinovski hesab edir ki, ABŞ prezidenti Cimmi Karterin keçmiş müşavirinin bu mövqedə olmasına onun polyak əsilli olması səbəb ola bilər. Dövlət Dumasının deputatı daha sonra deyib:

“Ola bilsin Bjezinskinin doğmaları nə vaxtsa Rusiya imperiyasının şərtlərindən əziyyət çəkib.

Z.Bjezinski mayın 26-da 90 yaşında Virciniya ştatında xəstəxanada vəfat edib. O, polyak diplomatın ailəsində doğulub, sonra isə ABŞ vətəndaşlığı alıb və burda akademik karyeraya başlayıb.


Müəllif: Səxavət