28 May 2017 14:35
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentinin birinci müavini İshaq Cahangirzadə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 may - Respublika Günü münasibəti ilə məktub ünvanlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Cahangirzadə təbrik məktubunda 28 May - Respublika Günü münasibəti ilə birinci vitse-prezident Mehriban Əliyevanı, Azərbaycan dövləti və xalqını təbrik edib.

İ.Cahangirzadə əmin olduğunu bildirib ki, Azərbaycan və İran rəhbərliyinin ciddi iradəsi və əzmkarlığı ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə daha da inkişaf edəcək.


Müəllif: Teleqraf.com