15 İyun 2017 14:10
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhpərvər təcrübəmizə əsaslanaraq biz fikir ayrılıqları və münaqişələrin ümumi qəbul olunan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh prinsipləri əsasında həllinin tərəfdarıyıq. Fikrimizcə, danışıqlar Dağlıq Qarabağ da daxil olmaqla belə çətin problemlərin həlli üçün ən konstruktiv yoldur.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Tacikistan prezidenti İmaməli Rəhman Dağlıq Qarabağ münaqişəsinin həll yolu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Tacikistan dünyadakı bütün münaqişələrin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır.


Müəllif: Nərgiz