15 İyun 2017 22:19
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Xarici İşlər Şurası Rusiyaya qarşı sanksiyaların müddətini 23 iyun 2018-ci il tarixinədək uzatmaq niyyətindədir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə müzakirəyə çıxarılacaq qərar layihəsində bildirilir.

Layihədə Aİ vətəndaşlarına və şirkətlərinə Krım və Sevastopoldan Qərb ölkələrinə malların idxalını, bu ərazilərdə turizm xidmətlərinin göstərilməsini qadağa edir.

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynanın ərazi bütövlüyünü pozduğu üçün Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumdan sonra Rusiyaya qarşı sanksiyalar daha da genişləndirilib.


Müəllif: Teleqraf.com