16 İyun 2017 00:13
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Postsovet məkanındakı konfliktləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini xarici müdaxilələr olmadan həll etmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının dövlət katibləri ilə görüşdə deyib.

“Çox istərdik ki, mövcud problemləri özümüz həll edək. Minsk, Moskva, İrəvan və KTMT-yə üzv ölkələrin digər şəhərlərində masa arxasında bu məsələləri müzakirəyə çıxaraq. Həm də digər dövlətlər, qruplar, dəyirmi masaların təsiri olmadan”, –Aleksandr Lukaşenko bildirib.

Belarus prezidentinin fikrincə, xüsusilə Qarabağ, Dnestryanı və Ukrayna problemləri həll oluna bilər: “Bu, bizim problemlərimizdir. Biz onları xarici siyasi bürolar və müdaxilə olmadan həll etməliyik”.


Müəllif: Nərgiz