16 İyun 2017 12:28
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından apellyasiya şikayəti verib.

Teleqraf.com ÜAK-ın rəsmi saytına istinadla xəbər verir ki, şikayət məktubu dünən məhkəməyə təqdim edilib.

Qeyd edək ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar çıxarıb. Qərara əsasən, ÜAK-ın qeydiyyatı ləğv olunub. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.


Müəllif: Nərgiz