16 İyun 2017 17:25
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağda münaqişənin nizama salınmasında siyasi iradə nümayiş etdirəcəyi istisna deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakıda “Caucasus İnternational” jurnalının 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Trampın faktiki olaraq xarici siyasət təcrübəsi yoxdur: “Hətta o, özünün seçkidə qələbə çalmasına da təəccübləndi. Deyirdi ki, tamamilə təsadüfən prezidentlik uğrunda yarışda iştirak edib. Onun xarici siyasət planı yoxdur və bu, hamı üçün pisdir”.

Metyu Brayza vurğulayıb ki, 20 il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olmayıb.


Müəllif: Teleqraf.com