16 İyun 2017 23:34
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim üçün Dağlıq Qarabağ məsələsi qapanmayam yaradır. Sülhə nail olmadıqca ədalətsizlik daha da artır. Türkiyə olaraq dünyaya bəyan edirik ki, Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanındayıq".

Teleqraf.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün jurnalistlər üçün təşkil olunan iftar süfrəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə sahib olduğu hər şeyi Azərbaycanla paylaşmağa hazırdır: "Yetər ki, Azərbaycan istəsin. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlarda irəliləyişə nail olmağın vaxtı çoxdan çatıb. Gedişat dəyişməli, Dağlıq Qarabağ problemi Azərbaycan ərazi bütövlüyünü çərçivəsində həll edilməlidir ki, 1 milyon məcburi köçkünun bir az da olsa qəlbi sakitləşsin, şəhidlərimizin ruhu şad olsun. Biz əzmlə o günlərin gələcəyini gözləyirik".


Müəllif: Nərgiz