17 İyun 2017 15:52
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya ilə sərhəddə uzunluğu 700 km olan divarın inşasını başa çatdırdıqdan sonra İranla sərhəddə beton divar çəkilişinə start verib.

Teleqraf.com xəbər verir ki, uzunluğu 144 km olacaq beton divar terrorçuların İran ərazisindən Türkiyəyə keçməsinin qarısını almaq üçün tikilir.

Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib ki, İranla sərhəddə çəkiləcək divarın hündürlüyü 3 metr olacaq və sərhəd zonasında hər bir hərəkəti qeydə alacaq avadanlıqlar və kameralarla təchiz ediləcək: “Bu, İrana qarşı bir addım deyil. Divarın çəkilməsi sərhədlərimizdə və bölgədə təhlükəsizliyin qorunub saxlanılması üçün vacib məsələlərdən biridir”.

Türkiyənin Milli İstihbarat Təşkilatının məlumatına görə, hazırda 800-1000 PKK terrorçusu İranın Maku, Şəhidan, Qotur, Navur, Dambat və digər hərbi düşərgələrində yaşayıb fəaliyyət göstərirlər. Onlar vaxtaşırı əməliyyat keçirmək üçün Türkiyə ərazisinə keçir, terror və təxribat törətdikdən sonra yenidən İran ərazisindəki hərbi düşərgələrə qayıdırlar.


Müəllif: Səxavət