17 İyun 2017 16:03
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilən kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb xadimləri iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini təbrik edərək onlara bu vacib və nəcib peşələrində uğur və müvəffəqiyyətlər arzulayıb.

Nazir əlavə edib ki, 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib: “Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir. İllər öncə ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları üçün xaricə üz tuturdularsa, bu gün ən mürəkkəb əməliyyatlar ölkədə böyük uğurla təkcə Bakıda deyil, regionlarda da tətbiq edilir”.

Tədbirin sonunda Oqtay Şirəliyev “Səhiyyə əlaçısı” döş nişanı və ”Fəxri Fərman”larla təltif olunmuş şəxsləri təbrik edib.


Müəllif: Teleqraf.com