18 İyun 2017 11:05
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin amerikalı məşhur rejissor Oliver Stounun çəkdiyi 4 hissəlik sənədli filmdə Türkiyədə FETÖ şəbəkəsinin ötən ilin 15 iyununda dövlət çevrilişinə cəhdi barədə danışıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu prosesdə əli olmasına dair iddialarını şərh edən Putin deyib ki, Türkiyə Prezidenti Ərdoğan bu dövlət çevrilişinə cəhddə ABŞ-ın əli olub-olmadığına dair ona heç nə deməyib.

Rusiya rəhbəri qeyd edib ki, Gülənin bu çevrilişdə iştirak edibsə, ABŞ kəşfiyyat xidmətlərinin nələr olub bitdiyindən məlumatlı olmamasına inanmaq çox çətin olar.


Müəllif: Cavad