19 İyun 2017 14:03
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Almaniyaya səfər edəcək.

Teleqraf.com "Haberturk"ə istinadla xəbər verir ki, səfər çərçivəsində onun Almaniya Kansleri Angela Merkellə görüşü gözlənilir.

Xatırladaq ki, iyunun 7-də Almaniya İncirlik aviabazasından çıxmaqla bağlı qərar verib. Almaniya Müdafiə naziri Ursula fon der Laynen yaxın 3 ayda alman ordusunun İordaniyanın Əl-Azrak bazasına köçürüləcəyini bildirib.

Türkiyə Almaniyanı PKK terror təşkilatının fəallarına sığınacaq verməkdə ittiham edir.


Müəllif: Samir