19 İyun 2017 17:16
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun Türkiyə ordusuyla birgə Naxçıvanda hərbi təlimlərinin ardından başqa xəbər gəldi. Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Doğru siyasətdir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Naxçıvanla azad ticarət zonası yaradılması barədə bəyanatını şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Zəngəzuru Azərbaycandan qoparmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı: “SSRİ dövründə əlaqə Ermənistan üzərindən idi, problem yox idi. Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nin süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Bu, Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirməlidir”.


Müəllif: Nərgiz