19 İyun 2017 17:47
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Milli Məclisdə baş tutub.

Spiker bildirib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək: “Əlaqələrimizin daha da möhkəmlənməsi üçün ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması vacib məsələlərdəndir. Biznes forumların keçirilməsi, səfərlərin mütəmadi xarakter daşıması ümumi işin xeyrinə olardı”.

Oqtay Əsədov qeyd edib ki, münasibətlərin dərinləşməsi üçün parlametlərarası əlaqələri inkişaf etdirmək lazımdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən nazir Salımsay Kommasit burada gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söyləyib: “Laos Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.


Müəllif: Cavad