19 İyun 2017 18:03
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar.

Report xəbər verir ki, bəyanatda vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.

Həmsədrlər yaydıqları bəyanatda bu yaxınlarda qoşunların təmas xəttində itkilərə səbəb olan atəşkəs rejiminin pozulması hallarına görə narahatlıqlarını bildiriblər.

Bəyanatda qeyd olunub ki, Bakı və Yerevanda danışıqlar zamanı vasitəçilər uzunmüddətli sülhün bərqərar edilməsi üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğunu vurğulayıb. Bildirilib ki, prezidentlər münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətlərini qeyd ediblər.


Müəllif: Teleqraf.com