20 İyun 2017 14:10
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mattis Türkiyənin Müdafiə naziri Fikri İşıkla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ-ın Baş Qərargah rəisi, general Cozef Danford bildirib.

General qeyd edib ki, görüşün keçirilməsinə səbəb ABŞ-ın Suriyada kürd təşkilatlarını silahlandırmaq qərarı ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmaqdır.

Danford ayrıca qeyd edib ki, ötən həftə general Mattis Türkiyəyə ABŞ-ın Suriyadakı fəaliyyəti, göstərdiyi səylərlə bağlı yeniliklər haqqında məktub yazıb.

Türkiyə və ABŞ müdafiə nazirləri gələn həftə görüşəcək. Nazirlərin görüşü Avropa ölkələrindən birində baş tutacaq.


Müəllif: Cavad