21 İyun 2017 12:25
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə yola düşüb.

Report xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Moldova Respublikasının Sosialist Partiyasının sədri Zinaida Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Səfər zamanı İ.Dodonun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə, həmçinin Moldova-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

"Azərbaycan rəhbərliyi ilə müzakirə ediləsi məsələlər var. Səfərin məhsuldar alınacağına ümid edirik", - Moldova prezidenti yola düşməzdən əvvəl bildirib.


Müəllif: Teleqraf.com