21 İyun 2017 23:13
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarından dərin narahatçılıq hissi keçirir. Biz Ermənistan və Azərbaycanı təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.


Müəllif: Teleqraf.com