22 İyun 2017 12:08
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır.

Teleqraf.com erməni KİV-inə istinadla xəbər verir ki, bu fikirləri ATƏT-ə sədrlik edən Avstriyanın bu təşkilatdakı nümayəndəliyinin mətbuat katibi Helen Şpitser Avstriyanın qoşunların təmas xəttində son zamanlar atəşkəsin pozulması ilə bağlı bəyanatla çıxış edib-etməyəcəyi barədə suala cavab verərkən bildirib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi gənc erməni və azərbaycanlıların ölümü əsasında deyil, danışıqlar yolu ilə həll edilməlidir.

Helen Şpitser qeyd edib ki, ritorikanı yumşaltmaq və humanitar hüquqa riayət etmək lazımdır: “Biz həmsədrlərin daimi vasitəçilik səylərini tam dəstəkləyirik və iyunun 19-da verdikləri bəyanata istinad edirik. Onların nizamlanma prosesinin irəliləməsi ilə bağlı təklifləri ATƏT-in sədri kimi bizim məsələyə yanaşmamıza tamamilə uyğundur”.


Müəllif: Nərgiz