22 İyun 2017 18:05
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xamneyi Tehranda səfərdə olan İraq baş naziri Heydər əl-İbadi ilə görüşdə Amerikanın bu ölkədəki roluna və İraq Kürdüstanının müstəqilliyi üçün keçiricəyi referendum münasibətini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Xamneyi Vaşinqtonun İŞİD terror təşkilatına qarşı olmadığını bildirib.

O deyib ki, İraq xalqı və onun hökuməti Amerikaya inanmamalıdır: “Heç vaxt amerikalılara etimad göstərməyin. Çünki onlar sizə zərbə vurmaq üçün fürsət axtarırlar. Bu fürsət nəinki amerikalılara verilməməli, hətta onların bəhanə tapıb İraqa gəlişinin qarşısı alınmalıdır.

Amerikalıların və onlara tabe olan bir sıra region ölkələrinin guya İŞİD-ə qarşı çıxdığı görüntüsü həqiqi deyil. Onlar bölgədə İŞİD-in kökünün kəsilməsini və onun məhv olunmasını istəmirlər. İŞİD onların birbaşa dəstəyi və pulu ilə meydana çıxıb. Onlar özlərinin yaratdığı İŞİD-in İraqda qalıb fəaliyyət göstərməsinin tərəfdarıdırlar.

İraqda məlum referendum məsələsinə gəlincə, İran İslam Respublikası İraqın müəyyən bir hissəsinin ölkədən ayrılması üçün referendum keçirilməsinə qarşıdır. Hesab edirik ki, bu məsələni qaldıranlar və onu gündəmə gətirənlər İraqın suverenliyinə və ərazi bütövlüyünə qarşıdırlar. İraq ərazisi bütöv olaraq qalmalıdır”.

Xatırladaq ki, İraq Kürdüstan muxtariyyətinin başçısı Məsud Barzani iyunun 7-də öz Tvitter səhifəsində xalqa müraciət edərək, Kürdüstanın müstəqilliyi üçün referendum keçiriləcəyindən danışıb: “Mən tam sevinc hissi ilə bildirirəm ki, 2017-ci il sentyabrın 25-i, Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsi günü elan edilib”.

Qərar Türkiyə tərəfinin kəskin etirazına səbəb olub.


Müəllif: Samir