26 İyun 2017 22:28
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bunu Moldovanın baş naziri Pavel Filip Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib

.
Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən baş nazir, Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb.

Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunaraq bu münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.


Müəllif: Teleqraf.com