28 İyun 2017 15:17
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İzvestiya” qəzetinə verdiyi müsahibədə ölkəsinin Suriyanın şimalında genişmiqyaslı yeni hərbi əməliyyat həyata keçirəcəyini, kürd dövlətinin qurulmasına imkan verməmək üçün Menbiç və Rakkanı öz nəzarətləri altına ala biləcəklərini söyləyib.

Teleqraf.com-un məlumatına görə, Ərdoğan Suriyanın şimalında kürd dövlətinin qurulmasına qətiyyən imkan verməyəcəklərini vurğulayıb: “Ən kiçicik təhdid qarşısında belə yeni hərbi əməliyyat düzənləməyə hazırıq”.

Türkiyə Prezidenti daha öncə Menbiç və Rakkanı terrorçulardan azad etməyə hazır olduqlarını bildirdiklərini, lakin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin kürd qrupların tərəfində olduqlarını vurğulayıb. Ərdoğan xüsusilə, PYD və YPG-ni nəzərdə tutaraq Ankaranın strateji tərəfdaşlarının terrorçularla ortaq hərəkət etmələrinin onda təəssüf hissi doğurduğunu vurğulayıb.


Müəllif: Səxavət