13 İyul 2017 11:35
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü ilə bağlı yeni açıqlamalar verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Röyter agentliyinə müsahibəsində deyib:

"Putinlə ünsiyyətdə çox sərt idim. Etiraf edirəm ki, ondan seçkiqabağı kampaniyada məni dəstəkləyib-dəstəkləmədiyini soruşmaq istərdim. Prezident olduqdan sonra atdığım bəzi addımlar Moskvanın xoşuna gəlməyə bilər. Görün, mən nə etmişəm. Neftin qiyməti ucuzlaşdı. Biz Polşaya mayeləşdirilmiş təbii qaz göndərdik. Bundan başqa, biz orduya 56 milyard dollar dəyərində hərbi avadanlıq təqdim etdik. Bunlar Putinin xoşuna gəlmirsə, niyə məni dəstəkləməlidir?"

Qeyd edək ki, liderlər arasında görüş iyulun 7-də Hamburqda G-20 sammiti çərçivəsində baş tutmuşdu.


Müəllif: Samir