13 İyul 2017 17:08
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Baş katibi, professor Mahmud Erol Kılıç erməni silahlı birləşmələrinin Füzuli rayonun Alxanlı kəndini atəşə tutması və nəticədə iki dinc sakinin ölməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Teleqraf.com Milli Məclisin saytına istinadən bildirir ki, baş katib bəyanatında bu halı kəskinliklə pisləyib.

Bəyanatda 2 yaşlı Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri şiddətlə qınanılır.

Sənəddə İƏTPİ-nin baş katibi qurbanların ailəsinə başsağlığı verib və qardaş Azərbaycan xalqı, parlamenti və hökuməti ilə həmrəy olduğunu bildirib.


Müəllif: Cavad