13 İyul 23:14
204

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Parisdə Yelisey sarayında bir araya gəliblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Makron bildirib ki, Trampla iqtisadi əlaqələr, terrorçuluğa qarşı mübarizə və Suriya məsələsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar: "Liviya və Afrikanın Sahel bölgəsilə bağlı da ortaq məxrəcə gəldik. Bir çox məsələlərdə eyni mövqeyə malikik. Qlobal istiləşmədən başqa. Mən Paris İqlim Anlaşmasına sadiqliyimi qeyd edirəm".

Tramp Makronu tərifləyərək "Cənab Makron, siz super prezident, böyük bir lidersiz. Xüsusilə də, iqtisadi inkişafın təmin edilməsi üçün bürokratik əngəllərin aradan qaldırılmasına Makron böyük işlər görür. Fransa və ABŞ arasında əlaqələrin tarixi çox uzağa gedir. Bu iki ölkə əzəldə azadlıq dəyərlərinə sayqı duyur. İki ölkə arasında bağlar qırılmayacaq qədər güclüdür. Bizim ölkələrimiz mükəmməldir".


Müəllif: Ruslan