14 İyul 2017 14:07
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Dövləti Nazirlər Kabinetinin sədri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Küveyt Dövlətini və Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərindən məmnunluğumuzu vurğulayır, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlıq sahələrinin möhkəmləndirilməsini, bu əlaqələrin xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf etdirilməsini arzulayırıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin".


Müəllif: Teleqraf.com