15 İyul 2017 11:54
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətdə olanların çoxu ilə münasibətimiz var. Biz siyasi mübarizə aparırıq, şəxsi düşmənçiliyimiz yoxdur. Sadəcə aramızda fikir ayrılığı mövcuddur, onun məsələyə yanaşması bir cür, sənin yanaşman başqa cür olur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müxalifət nümayəndələri ilə münasibətlərinə toxunarkən deyib.

Onun sözlərinə görə, hər bir insanın hərdən doğma qardaşı ilə də fikir ayrılığı olur: “Azərbaycanın düşmənləri var ki, təbii, onlarla heç bir əlaqəm yoxdur. Müxalifətdə təmsil olunan elə insanlar var ki, normal şəkildə öz fikrini söyləyir, sən də mövqeyini ortaya qoyursan.

Ən əsas şərtlərdən biri odur ki, insan özü düz olsun. Satqınlığı, xəyanəti yoxdursa, heç nədən qorxmayacaq. Beləliklə, kiminlə istəsə görüşəcək, satqınlıq olanda isə artıq özü-özündən şübhələnir”.


Müəllif: Nərgiz