17 İyul 2017 15:45
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentləri arasında mümkün görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planın müzakirəsini və onun implementasiyasını təmin edilməsi vacibdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov "Ria Novosti" agentliyinə müsahibəsində deyib.

Məmmədyarov müsahibə zamanı iyulun 11-də ermənistanlı həmkarı Edvard Nalbəndyanla Brüsseldə keçirdiyi görüşündən də bəhs edib:

"Həmin görüşdə ölkə başçıları səviyyəsində görüşün təşkili təklif olundu. XİN rəhbərləri bu məsələni dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüş münaqişənin həllində vacib elementdir. Ancaq bu görüşlər görüş xatirinə keçirilməməlidir".


Müəllif: Samir