19 İyul 2017 12:04
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov gələn həftə Macarıstana rəsmi səfər edəcək.

Report xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski keçirdiyi mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, səfər zamanı 5-10 arasında ikitərəfli sənədin imzalanması planlaşdırılır.

İ.Laslotski qeyd edib ki, E.Məmmədyarovun Budapeştə səfəri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayına planlaşdırılan səfərinə hazırlıq məqsədi daşıyır.


Müəllif: Teleqraf.com