19 İyul 2017 16:38
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb alman vətəndaşı Peter Steudtnerin Türkiyənin Böyükada bölgəsində saxlanılması olub.

Türk səfirə Berlin hökumətinin etiraz notası təqdim olunub.

Notada Almaniya XİN-in sözçüsü Qabriel Şayefer Steudtnerin terror təşkilatına bağlı olması ittihamı ilə saxlanılmasının qanuna zidd olduğunu bildirib.


Müəllif: Samir