20 İyul 2017 17:08
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın görüş yeri hələ seçilməyib.

Teleqraf.com rus mediasına istinadla xəbər verir, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, “İzvestiya” qəzetində XİN-dəki diplomatik mənbəyə istinadla prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan məlumatlar həqiqətə uyğun deyil:

“Həmin məlumatda prezidentlərin görüşü barədə təklifin ATƏT xarici işlər nazirlərinin Avstriyada keçirilən iclasın zamanı Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə verildiyi bildirilib. Qeyd edim ki, həmin görüşdə heç də adı çəkilən dövlətlərin XİN başçılarının hamısı iştirak etməyib. Elmar Məmmədyarov və Edvard Nalbəndyan Avstriyada deyil, Belçikada görüşmüşdü. Həmin görüşdə dövlət başçılarının növbəti görüşünün ilin sonuna kimi təşkil olunması təklif olundu. Görüşün yeri isə müzakirə edilmirdi. Qarabağ münaqişəsinin həssas məsələ olduğunu nəzərə alaraq, istərdik ki, nüfuzlu nəşr mövzu ilə bağlı XİN-dəki hansısa yüksək rütbəli mənbəyə deyil, rəsmi məlumatlara istinad etsin”.


Müəllif: Nərgiz